Bütün sərnişinlər azad edildi - Misirdən son xəbər

Bütün sərnişinlər azad edildi - Misirdən son xəbər
  29 Mart 2016    Oxunub:1917
Bu gün səhər saatlarında qaçırılan “EgyptAir” aviaşirkətinə məxsus təyyarənin bütün sərnişinləri azad olunub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kipr prezidenti Nikos Anastasiadislə birgə keçirilən mətbuat konfransı amanı Avropa Parlamentinin sədri Martin Şults bidlirib.

“Larnaki hava limanında olan təyyarənin bütün sərnişinləri azad olunub. Ümid edirik ki, məsələ tez bir zamanda həllini tapacaq”, - deyə Şults bildirib.



Qeyd edək ki, daha əvvəl “EgyptAir” şirkətinə məxsus “Airbus A320” sərnişin təyyarəsini qaçıran şəxsin kimliyi məlum olub.

Misirin “Əl Əhram” qəzeti ölkənin güc strukturlarına istinadən xəbər verir ki, Samaha Atlanta Universitetinin professorudur.

“Əl-Ərəbiyə” telekanalının yaydığı məlumatda isə İbrahim Samahanın əvvəlcə təyyarəni Türkiyəyə qaçırmaq istədiyini, lakin yanacaq çatışmazlığı ilə bağlı təyyarəni Kiprdə yerə endirmək məcburiyyətində olduğu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti