Ərdoğan Rza Zərrab haqda: `Mənə maraqlı deyil`

Ərdoğan Rza Zərrab haqda: `Mənə maraqlı deyil`
  29 Mart 2016    Oxunub:3189
“Bu məsələ bizim ölkəni maraqlandırmır. Mövzunun əsas mahiyyətini bilmədən mövcud durumu dəyərləndirmək istəmirəm”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı ona ünvanlanan sualı cavablandırarkən deyib.

R. T. Ərdoğan Fətullah Güləni nəzərdə tutaraq çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar qrupun əslində ABŞ-ın Pensilvaniya ştatında olduğunu bildirib:

“Çirkli pulların başında duranlar Pensilvaniyada yaşayır. Söhbət 100 milyon dollarlardan gedir. Çirkli pullarla əlaqəli olan şəxslərin bir çoxu həbs edilməyib. Onlar üçün nəsə etdilər? Öncə bunun üçün nəsə etsinlər. Bir deyil, iki deyil, yüzlərlə insandır. Rza Zərrabla bağlı məsələyə gəlincə, by məsələnin ölkəmizlə heç bir əlaqəsi yoxdur”.

Türkiyə prezidenti çirkli pulların yuyulması ilə əlaqədar bəzi şəxslərin Türkiyədə həbs olunduğunu, bəzilərinin isə qaçdığını deyib: “Təəssüf ki, dostumuz Amerikanın rəsmiləri bu məsələdə həssaslıq göstərmədilər”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti