`Hər şey o qadınla bağlıdır` – Prezidentdən açıqlama

`Hər şey o qadınla bağlıdır` – Prezidentdən açıqlama
  29 Mart 2016    Oxunub:4102
Kipr prezidenti Nikos Anastasiadis Misirdən qaçırılan təyyarə ilə bağlı gözlənilməz açıqlama verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Anastasiadis təyyarənin qaçırılmasının terror hadisəsi olmadığını bildirib.

“Hər şey həmişə qadınlarla bağlı olur”-deyə o, hadisəni şərh edib.

Qeyd edək ki, təyyarəni ələ keçirən İbrahim Samahın əsas məqsədi Kiprdə yaşayan keçmiş arvadını görmək olub.

Xatırladaq ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava" hava limanına enib. Misir təyyarəsini qaçıran Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti