`Hər şey o qadınla bağlıdır` – Prezidentdən açıqlama
“Hər şey həmişə qadınlarla bağlı olur”-deyə o, hadisəni şərh edib.
Qeyd edək ki, təyyarəni ələ keçirən İbrahim Samahın əsas məqsədi Kiprdə yaşayan keçmiş arvadını görmək olub.
Xatırladaq ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava" hava limanına enib. Misir təyyarəsini qaçıran Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.
Eldar Tanrıverdiyev
AzVision.az