PKK AKP sədrini qaçırdı

PKK AKP sədrini qaçırdı
  29 Mart 2016    Oxunub:3370
PKK yaraqlıları Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) İspir rayonu üzrə rəhbəri Salih Zeki Çetinkayanı qaçırıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu partiyanın Ərzurum bölgə rəhbəri Fatih Yeşilyurt deyib.

Onun sözlərinə görə, Çetinkaya, qardaşı Şahin Çetinkaya və başqa bir adamla Ərzurumdan Şanlıurfaya getdiyi zaman avtomobili yolda terrorçular tərəfindən saxlanılıb:

“Avtomobili saxlayan PKK-çılar şəxsiyyət vəsiqələrini yoxlamağa başlayıb. Yoxlama zamanı onun AKP vəsiqəsi əlindən alınıb. “Hansınız sədrsiz?” deyə sual veriblər. Salih Zeki də vəsiqənin ona aid olduğunu deyib. Onun gözlərini bağlayıb aparıblar”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti