İlham Əliyev Misirə gedəcək

İlham Əliyev Misirə gedəcək
  29 Mart 2016    Oxunub:1890
Yaxın zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri gözlənilir.
Bu barədə Misirin ali təhsil naziri Əşrəf Əş-Şiha bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İ.Əliyevin səfəri Misir prezidenti Əbdül Fəttah əs-Sisinin dəvəti ilə baş tutacaq.

"Səfər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq", - nazir qeyd edib.

O vurğulayıb ki, Azərbaycan və Misir arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx dostluq əlaqələri mövcuddur.(Report)

AzVision.az


Teqlər:





Xəbər lenti