Təyyarəni qaçıran şəxs həbs edildi - Video

Təyyarəni qaçıran şəxs həbs edildi - Video
  29 Mart 2016    Oxunub:3164
Bu gün səhər saatlarında “EgyptAir” aviaşirkətinə məxsus `Airbus A320` təyyarəsini qaçıran şəxs həbs olunub.
AzVision.az-ın məlumatına görə, bu barədə `Reuters` Kipr hökumətinə istinadən xəbər verib.

Xatırladaq ki, sərnişin təyyarəsini qaçıran şəxs əvvəlki məlumatlarda deyildiyi kimi professor İbrahim Samaha deyil, Qahirə universitetində dərs deyən professor Seyfaddin Mustafadır.

Onun tutulması haqda məlumatı Kiprin Xarici İşlər Nazirliyi təsdiqləyib.

Qeyd edək ki, bu gün İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarə qaçırılıb. Sərnişin təyyarəsi Cənubi Kiprin Larnaka hava" hava limanına enib. Misir təyyarəsini qaçıran Kiprdə siyasi sığınacaq istəyib. Onun digər tələbləri barədə hələ məlumat yoxdur.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti