Trampın `sağ əli` həbs olundu - Jurnalisti döyüb

Trampın `sağ əli` həbs olundu - Jurnalisti döyüb
  30 Mart 2016    Oxunub:1823
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə real namizəd olan Donald Trampın seçki qərargahının rəhbəri Kori Livandovski Florida ştatında həbs olunub.
AzVision.azTASS-a istinadən xəbər verir ki, Kori Livandovski jurnalisti döyməkdə ittiham edilir.

Məlumata görə, Livandovski martın 8-də Trampın seçicilərlə görüşü zamanı Mişel Filds adlı jurnalistə qarşı kobud davranıb.

Tramp bəyanat yayaraq Livandovskinin günahsız olduğunu bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti