Belçikadan terrora dəstək - VİDEO

Belçikadan terrora dəstək - VİDEO
  30 Mart 2016    Oxunub:2438
Belçikanın paytaxtı Brüsseldə PKK terror təşkilatına məxsus çadrın qurulmasına icazə verilib.
“Anadolu” agentliyi xəbər verir ki, PKK-ya məxsus çadır Avropa İttifaqı Şurasına məxsus binanın arxasında qurulub.

Brüsseldə baş verən terror aktlarından sonra yığışdırılan çadır bu gün yenidən bərpa edilib. Çadırın üzərində PKK üzvlərinin fotoları əks olunub. PKK çadırı Belçika polisi tərəfindən mühafizə olunur.

Qeyd edək ki, terrordan əziyyət çəkən ölkənin terror təşkilatına dəstək verməsi Türkiyənin siyasi dairələri tərəfindən etirazla qarşılanıb.

Xatırladaq ki, 22 mart tarixində Brüsseldə 4 partlayış törədilib. Terakt nəticəsində 34 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

İŞİD terrorçusunun Türkiyədə həbs edildiyi və Belçikaya deportasiya edildiyi məlum olub.



AzVision.az


Teqlər:  





Xəbər lenti