Ruhaninin Avropa səfəri təxirə salındı - Terror təhlükəsi

Ruhaninin Avropa səfəri təxirə salındı - Terror təhlükəsi
  30 Mart 2016    Oxunub:1641
İran prezidenti Həsən Ruhaninin Avstriyaya 2 günlük nəzərdə tutulan rəsmi səfəri təxirə salınıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruhaninin Avropa səfərinin təxirə salınmasına səbəb terror təhlükəsidir.

Martın 29-a təyin olunan səfərin nə zaman baş tutacağı haqda hələlik rəsmi məlumat verilməyib.

Səfərin İran tərəfindən təxirə salındığı bildirilir.

Avstriya prezidenti Haynts Fişer səfərin təxirə düşməsinə təəssüfləndiyini deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti