ABŞ-dan kritik qərar: hərbçi ailələri Türkiyədən çıxarılır
"İncirlik" hərbi hava bazası daxil olmaqla, Adana, İzmir və Muğladakı hərbi personal ailələrinin Türkiyəni tərk etmələri barədə qərar verilib. Bunun səbəbi bölgədə təhlükəsizliklə bağlı olan narahatlıqlardır", - açıqlamada bildirilir.
"SecDef"-in məlumatında hərbçi ailələrinin Türkiyəni birdəfəlik tərk etmədiyi də qeyd olunur.
"Ailələr Türkiyədən çıxarıldıqdan sonra ABŞ qüvvələri Türkiyədəki əməliyyatları effektiv şəkildə dəstəkləyəcək. Buna görə də hərbçi ailələrinə qarşı təhlükə riskləri artacaq. ABŞ və Türkiyənin İŞİD-ə qarşı mübarizəsi davam etdiriləcək", - SecDef bildirib.
NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı general Filip Bridlav da məsələ ilə bağlı açıqlama verib.
Komandan bəyan edib ki, amerikalı ailələrin Türkiyədən çıxarılması barədə qərar rəsmi Ankara, ABŞ dövlət katibliyi və Müdafiə Nazirliyi arasında aparılan müzakirələdən sonra qəbul edilib.
"Ailələrimiz və sivillərimiz təxliyə olunacaq. Türkiyə ilə yan-yana döyüşə hazır olmalıyıq. Bunun üçün belə ailələrin, sivillərin təxliyəsi barədə qərar verməyə məcburuq. Yoxsa onlar zərər görə bilər", - Bridlav bildirib. (Ans)
Teqlər: