ABŞ qırıcısı Əfqanıstanda qəzaya uğradı

ABŞ qırıcısı Əfqanıstanda qəzaya uğradı
  30 Mart 2016    Oxunub:1555
ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F-16” qırıcı təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

Onun sözlərinə görə, təyyarə “Bağram” aviabazasından havaya qalxarkən qəzaya uğrayıb.

“Təyyarə 20.30 radələrində “Bağram” aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. Özünü katapult edən pilot xilas olunub”, - deyə o brifinqdə bildirib.

Qəzanın səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti