İzabel Santos: `Azərbaycan pozitiv addım atdı`

İzabel Santos: `Azərbaycan pozitiv addım atdı`
  30 Mart 2016    Oxunub:2439
ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos və ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılması qərarını alqışlayıb.

AzVision.az xəbər verir ki, İzabel Santos İntiqam Əliyevn azadlığa çıxmasını Azərbaycanın müsbət addımı kimi qiymətləndirib.

“İntiqam Əliyevin azadlığa çıxması Azərbaycanda insan haqları sahəsində atılan pozitiv addımdır. Ümid edirəm ki, o, Azərbaycan vətəndaşlarının azadlığının qorunması istiqamətində fəaliyyətini davam etdirəcək”, - deyə Santos qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti