Rusiyada daha bir təyyarə qəzası - VİDEO

Rusiyada daha bir təyyarə qəzası - VİDEO
  30 Mart 2016    Oxunub:3475
Rusiyada hərbi-təlim uçuşu həyata keçirən “Su-25” tipli təyyarə Primorsk diyarında yerləşən Çerniqovka aeroportunda eniş edən zaman qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Pilot katapulta edib, onun həyatı üçün heç bir təhlükə yoxdur. Uçuş həyata keçirilən zaman təyyarədə silah-sursat olmayıb. Ölən və ya dağıntı yoxdur”, - deyə nazirliyin yaydığı məlumatda bildirilib.

Mənbənin verdiyi məlumata görə, hadisə yerinə Rusiya Müdafiə Nazirliyinin uçuşların təhlükəsizliyi üzrə Komissiyası getməyə hazırlaşır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti