ABŞ polisi qayçıya görə gənc qadını güllələdi – VİDEO

ABŞ polisi qayçıya görə gənc qadını güllələdi – VİDEO
  30 Mart 2016    Oxunub:8369
ABŞ-ın Arizona ştatının Uinslo şəhərində polis 27 yaşlı qadını onu qayçı ilə hədələdiyinə görə güllələyib.

AzVision.az ABŞ-ın 12news.com saytına istinadla xəbər verir ki, hadisə belə olub: polis oğurluq şikayətilə bağlı mağazaya çağırılıb. Orada şübhəli şəxsi - gənc qadın Loreal Tsingini həbs etmək istəyəndə qadın əlinə qayçı götürərək, polisi yaxına buraxmayacağını deyib. Bundan sonra polis qadına 5 güllə vurub.



Loreal-ı güllələyən polisin 3 ildir ki, xidmətdə olduğu bildirilir. Hazırda şəhərin polis departamenti hadisəni araşdırdığını bəyan edib.

AzVision.az




Teqlər:  





Xəbər lenti