Koreyalı diktator: `Aclığa hazır olun`

Koreyalı diktator: `Aclığa hazır olun`
  30 Mart 2016    Oxunub:2736
Şimali Koreya rəhbərliyi ölkə iqtisadiyyatındakı çətin durum barədə əhalini məlumatlandıraraq, onları aclığa hazır olmağa çağırıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Telegraph” qəzeti Şimali Koreyanın “Nordon Sinmun” nəşrinə istinadən xəbər verir.

“İnqilaba gedən yol uzun və çətindir. Ola bilsin ki, biz yenidən bitkilərin kökləri ilə qidalandıq”, - deyə Koreya qəzeti yazıb.

Məlumatda qeyd olunur ki, ölkə 1994-cü ildə dörd il davam edən aclıq vəziyyəti ilə yenidən qarşılaşa bilər. Həmin vaxt yemək çatışmazlığından 22 milyon əhalinin 0,5 milyonu ölmüşdü.

Britaniya qəzeti vurğulayır ki, Şimali Koreyadakı çətin vəziyyət BMT Təhlükəsizlik Şurasının bu ölkəyə qarşı tətbiq etdiyi sərt sanksiyalarla bağlıdır.

Qeyd edək ki, BMT TŞ sanksiyaları Pxenyanın raket sınaqlarına cavab olaraq tətbiq edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti