İlham Əliyev Con Kerri ilə görüşəcək

İlham Əliyev Con Kerri ilə görüşəcək
  30 Mart 2016    Oxunub:2224
Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində mühüm görüşlər keçirəcək.

AzVision.az xəbər verir ki, İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılır.

Görüş barədə məlumat Con Kerrinin 30 mart tarixi üçün nəzərdə tutulan iş qrafikində yer alıb.

Qrafikdə Con Kerrinin bu gün Bakı vaxtı ilə 22:00-da Azərbaycan prezidenti ilham Əliyevlə görüşəcəyi qeyd olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti