Təyyarə qaçıran professora 8 sutka həbs verilib

Təyyarə qaçıran professora 8 sutka həbs verilib
  30 Mart 2016    Oxunub:1767
Ötən gün Misirin “EgyptAir” aviaşirkətinin A320 təyyarəsini qaçıran Seyfəldin Mustafaya 8 sutka həbs cəzası verilib.
AzVision.az-ın məlumatına görə, bu barədə qərarı Kiprin Larnaki məhkəməsi verib.

Törətdiyi əmələ görə, misirli professora quldurluq, insan qaçırılması, terrorçuluq ittihamları irəli sürülüb.

Qeyd edək ki, “Egypt Air” aviaşirkətinə məxsus, İskəndəriyyə-Kipr marşrutu üzrə hərəkət edən təyyarəni qaçıran S.Mustafa təyyarəni 7 saat əsirlikdə saxladıqdan sonra könüllü şəkildə təslim olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti