İŞİD Rusiyadakı terroru öz üzərinə götürdü

İŞİD Rusiyadakı terroru öz üzərinə götürdü
  30 Mart 2016    Oxunub:3620
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Dağıstanın Mahaçqala şəhəri yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi terrorçulara yaxın "Amaq" nəşrinə istinadən məlumat yayıb.

Partlayışın İŞİD-in yerli təşkilatı tərəfindən törədildiyi bildirilib.

Qeyd edək ki, dünən axşam Rusiya DİN-in avtomobil karvanı naməlum şəxslər tərəfindən partladılıb. Avtomobillərdə Krasnoyarsk şəhərinin polis əməkdaşları olub. Əldəqayırma partlayıcının işə düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti