Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsir - QƏRAR

Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsir - QƏRAR
  31 Mart 2016    Oxunub:2439
Ukrayna Ali Radasında Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi ilə bağlı qərar qəbul edilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin xarici işlər komitəsində səs çoxluğu ilə qəbul edilib.

Yekun qərarı aprelin 11-də Ukrayna parlamentinin Məşvərət şurası verməlidir. Qərar qanuni qüvvətə minərsə, Ukrayna hökuməti müvafiq qanun layihələri hazırlamalı, Rusiya ilə bütün beynəlxalq müqavilələri ləğv etməli və səfirlik və konsulluqları ilə Rusiyada Ukraynanın maraqlarını təmsil edəcək ölkəni müəyyənləşdirməlidir.

Qeyd edək ki, sözügedən qanun layihəsinin müəllifləri Radikal partiyanın üzvləri, deputatlar Oksana Korçinskaya və Yuri Şuxeviç, həmçinin bitərət deputat Vladimir Parasyukdur.

AzVision.az


Teqlər:





Xəbər lenti