Putin ABŞ-a niyə getmədi? - İki fərqli cavab

Putin ABŞ-a niyə getmədi? - İki fərqli cavab
  31 Mart 2016    Oxunub:3449
Rusiya rəsmiləri prezident Vladimir Putinin Vaşinqtonda keçiriləcək nüvə sammitindən imtinasının səbəbini açıqlayıb.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, buna səbəb sammitə hazırlıq çərçivəsində qarşılıqlı fəaliyyət defisitinin olmasıdır.

Onun sözlərinə görə, nüvə təhlükəsizliyi məsələsi ilkin gedişatda ümumi, birgə səy, həmçinin maraqların və mövqelərin qarşılıqlı nəzərə alınmasını tələb edir.

Xatırladaq ki, Ağ Ev rəsmisi Ben Rods Rusiyanın sammitdə iştirakdan imtina etməklə nüvə təhlükəsizliyi müzakirəsindən özünü təcrid etdiyini bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, nüvə təhlükəsizliyi sahəsində koordinasiya hüququ yalnız Beynəlxalq Atom Enerjisi Təşkilatına (MAQATE) məxsusdur.

"Beynəlxalq təşkilatların işinə müdaxilə etmək qəbuledilməzdir. Təşkilatçılar hazırlıqlar zamanı 2016-cı il zirvəsini kökündən dəyişərək MAQATE-yə bu cür "cəza" verməyi qərara alıb. Rusiya prezidenti Vladimir Putinin sammitə qatılmaqdan imtina etməsinin də səbəbi bu idi".

AzVision.az


Teqlər:  





Xəbər lenti