Səfirlik: ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır

Səfirlik: ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır
  31 Mart 2016    Oxunub:1962
“ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Havay ştatının separatçı Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıması ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirilərkən deyilib.

Səfirlik bildirir ki, ölkənin xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşir: “Havay ştatı Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı qəbul edilən qətnamə ştatın qanunverici orqanının öz fikrini bildirməsidir və ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini dəyişmir”. (APA)


Teqlər:  





Xəbər lenti