Əliyev Kerri ilə Qarabağı müzakirə edib - (VİDEO+FOTOLAR)

Əliyev Kerri ilə Qarabağı müzakirə edib - (VİDEO+FOTOLAR)
  31 Mart 2016    Oxunub:11447
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, görüşdən əvvəl dövlət katibi Con Kerri və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğuladı.



Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər-kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışdı. Dövlətimizin başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edildi, ABŞ-ın bu işdə ölkəmizə verdiyi dəstək yüksək qiymətləndirildi, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulandı.

Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisaiyyatın yaxşı vəziyyətdə olduğunu bildirdi. Dövlətimizin başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sistemenin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırdı.




Görüşdə ABŞ şirkətlərinin Azərbaycanda daha fəal iştirakının və onların ölkəmizə investisiya qoymasında qarşılıqlı marağın olduğu vurğulandı.

***

Prezident İlham Əliyevlə ABŞ dövlət katibi Con Kerrinin görüşü başa çatıb.

Görüşdən sonra dövlət rəsmiləri birfinq keçiriblər.

Kerri prezident İlham Əliyevi ABŞ-a gördüyünə şad olduğunu bildirib. ABŞ rəsmisi Azərbaycan prezidenti ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini vurğulayıb:

"Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik. ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır",



Kerri, həmçinin qeyd edib ki, Azərbaycanın regionda iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.

Prezident İlham Əliyev isə Nüvə Təhlükəsizliyi sammitinə dəvət edildiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.

"ABŞ-Azərbaycan münasibətləri uzun zamandır davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. İki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır"-deyə prezident İlham Əliyev qeyd edib.



***



ABŞ-da səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə bu ölkənin dövlət katibi Con Kerri arasında görüş keçirilir.

AzVision.az xəbər verir ki, artıq bir neçə dəqiqədir rəsmilərin görüşü başlayıb.

Görüşdə müzakirə edilən məsələlər barədə hələlik açıqlama verilmir.

Qeyd edək ki, prezident İlham Əliyev bu gün ABŞ-a səfər edib. Dövlət başçısı Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti