Prezident ABŞ-da mühüm görüşlər keçirdi - FOTOLAR

Prezident ABŞ-da mühüm görüşlər keçirdi - FOTOLAR
  31 Mart 2016    Oxunub:3560
Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışılıb, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirildi. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edilib.
Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışıb.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra dövlət başçısı konqresmenlərin suallarını cavablandırıb.



ABŞ-a səfəri zamanı Prezident İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ticarət naziri xanım Penni Pritzker ilə görüşüb.

Görüşdə son vaxtlar ölkəmizdə gedən iqtisadi proseslər, işsizliyin aradan qaldırılması və qarşısının alınması ilə bağlı görülən tədbirlər, iqtisadiyyatın daha da inkişafı baxımından gömrük və vergi sahələrində aparılan islahatlar, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, ticarət əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olundu, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, Amerika şirkətlərinin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.



Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərliyi ilə görüşüb.

Belə görüşlərin artıq ənənə halı aldığının, qarşılıqlı fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığının qeyd olunduğu söhbət zamanı bildirildi ki, bu görüşlər gələcək əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.

ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri ölkəmizin uğurlarının getdikcə artdığını, Azərbaycana səfərləri zamanı bunun şahidi olduqlarını, Bakının gözəlliyinin onlarda dərin təəssürat yaratdığını bildirdilər. Belə görüşlərin həm Azərbaycan-ABŞ, həm də Azərbaycan-İsrail əməkdaşlığının inkişafına töhfə verdiyini vurğuladılar. Bildirildi ki, Azərbaycan-ABŞ əlaqələri yüksək səviyyədədir və yəhudi təşkilatları da bu prosesə töhfə verirlər.

Görüşdə əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olundu.

AzVision.az


Teqlər:  





Xəbər lenti