Kerri Ərdoğana cəmi 45 dəqiqə ayırdı

Kerri Ərdoğana cəmi 45 dəqiqə ayırdı
  31 Mart 2016    Oxunub:1947
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət katibi Con Kerri ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüş Türkiyənin Vaşinqtondakı səfirliyinin binasında baş tutub. Mətbuata qapalı keçirilən görüş 45 dəqiqə davam edib.

Görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Hakan Fidan, ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett MakGurk və ABŞ xarici siyasət idarəsinin rəsmisi Viktoriya Nuland iştirak edib.

Qeyd edək ki, Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti keçirilir. Sammitin işində iştirak üçün Vaşınqtona səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin də Kerri ilə görüşü baş tutub.

AzVision.az


Teqlər:  





Xəbər lenti