Azərbaycanlı avtoritetlər tutuldu - Moskvada “sxodka”ya basqın

Azərbaycanlı avtoritetlər tutuldu - Moskvada “sxodka”ya basqın
  31 Mart 2016    Oxunub:28793
Rusiyada azərbaycanlıların kriminal “sxodkası”nın qarşısı alınıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yekaterinburqda kafedə əməliyyat keçirən Rusiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları 200 “qanuni oğru”nu saxlayıb.

Saxlanılanların çoxu azərbaycanlılardır. “Sxodka”nın təşkilatçısı isə Ağayar adlı Azərbaycan vətəndaşıdır. Qeyd olunub ki, toplantı Azərbaycan diasporunun maliyyə axınlarına nəzarəti ələ keçirmək istəyən Ağayar adlı avtoritetlərdən birinin doğum günü adı altında keçirilib. “Sxodkaya” Pervouralskidən Əli, Kamışlovdan Vaqif, Cavanşir və Permdən olan “qanuni oğru”lar gəlib.

Xüsusi əməliyyatın həyata keçirildiyi kafeyə baxış zamanı əməliyyatçılar böyük miqdarda kontrafakt spirtli içki, silah və narkotik vasitəyə bənzər maddələr aşkar edərək müsadirə ediblər.

Hadisə yerinə Azərbaycan konsulluğunun əməkdaşları gəlib. Onlar bildirib ki, saxlanılan bütün şəxslərin əl izləri götürülüb.

İlkin Nəcəfzadə
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti