Rus deputat İlham Əliyevə məktub göndərdi - FOTO

Rus deputat İlham Əliyevə məktub göndərdi - FOTO
  31 Mart 2016    Oxunub:6148
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelev Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“31 mart Azərbaycanlıların Soyqırımı Günü yaxınlaşır. Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Rusiyalılar da qonşu və qardaş Azərbaycan xalqının faciəsini bölüşür, faciə qurbanlarını yad edirlər.

Təəssüf ki, bu gün də dünyada çoxlu münaqişə ocaqları mövcuddur. Hər kəs maksimum çalışmalıdır ki, insanlar sülh və razılıq şəraitində yaşasın. Çünki bu cür faciələr bir daha yaşanmamalıdır”.



AzVision.az


Teqlər:  





Xəbər lenti