Meyxanaçıların qatıldığı `sxodka`ya basqın anı - VİDEO

Meyxanaçıların qatıldığı `sxodka`ya basqın anı - VİDEO
  31 Mart 2016    Oxunub:6862
Rusiyada azərbaycanlı avtoritetlərin keçirdiyi “sxodka”ya edilən polis hücumunun görüntüsü yayılıb.

AzVision.az xəbər verir ki, videodan göründüyü kimi Rusiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları zala daxil olaraq tanınmış meyxanaçılar Ehtiram və İntiqam Rüstəmov qardaşlarına musiqini dayandırmağı əmr ediblər.



Xatırladaq ki, Yekaterinburqda keçirilən əməliyyat zamanı 200 “qanuni oğru”nu saxlanılıb.

Saxlanılanların çoxu azərbaycanlılardır. “Sxodka”nın təşkilatçısı iş adamı Mehman Ağamuradov Azərbaycan vətəndaşıdır. Qeyd olunub ki, toplantı Azərbaycan diasporunun maliyyə axınlarına nəzarəti ələ keçirmək istəyən Ağayar adlı avtoritetin doğum günü adı altında keçirilib. “Sxodkaya” Pervouralskidən Əli, Kamışlovdan Vaqif, Cavanşir və Permdən olan “qanuni oğru”lar gəlib.

Xüsusi əməliyyatın həyata keçirildiyi kafeyə baxış zamanı əməliyyatçılar böyük miqdarda kontrafakt spirtli içki, silah və narkotik vasitəyə bənzər maddələr aşkar edərək götürüblər.









İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti