Putin və Obama razılaşdı: Əsəd Suriyadan gedir

Putin və Obama razılaşdı: Əsəd Suriyadan gedir
  31 Mart 2016    Oxunub:3653
Rusiya və ABŞ Suriyadakı vəziyyətin siyasi həlli ilə bağlı razılığa gəlib. Bu razılaşmaya Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi və istefası daxildir.
AzVision.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Əl-Həyat" qəzeti məlumat yayıb.

"Söhbət Suriya prezidenti Bəşər Əsədin başqa ölkəyə köçməsi şərti ilə istefasından gedir", - deyə mənbə bildirib. Lakin o , Əsədin istefasının zaman çərçivəsini və bu prosesin detalları barədə heç bir məlumat verməyib.

"Əl-Həyat"ın mənbəyi Rusiya və ABŞ-ın diplomatik kanallar vasitəsilə ortaq məxrəcə gəldiyini qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-nə müsahibəsində yayılan məlumatı təkzib edib: "Rusiya Suriya da daxil olmaqla üçüncü ölkənin öz müqəddəratını təyin etməsini nə diplomatik, nə də başqa kanallarla müzakirə edir".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti