9 nəfəri öldürən Yusif tutuldu

9 nəfəri öldürən Yusif tutuldu
  31 Mart 2016    Oxunub:2588
Türkiyədə həyat yoldaşı ilə dalaşadıqdan sonra 9 nəfəri öldürən şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, 55 gündən sonra saxlanılan Yusif Taş Yunanıstandan İtaliyaya sevgilisinin yanında getmək istəyirmiş. Lakin onun planı baş tutmayıb.

Qatil İzmirdə avtobusa minərkən polis tərəfindən saxlanılıb. Eyni zamanda Yusifin gizlənməsi üçün ona köməklik göstərən atası, qardaşı və dayısı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, qanlı hadisə Qaziantep şəhərində baş verib. Yusif T. boşanmaq istəyən 21 yaşlı həyat yoldaşı Tuba T.nin qaldığı xalasının evinə gəlib. O, 6 aydır ayrı yaşadığı həyat yoldaşı ilə barışmaq istəyib. Lakin gənc cütlük arasında mübahisə düşüb. Özü ilə ov tüfəngi götürən şəxs qarşısına çıxan hər kəsi güllələyib. Həyat yoldaşının xalasının evində o, 4 nəfərin həyatına son qoyub.

Ölənlər Tuba T., xalası 39 yaşlı Şenel Çakmak, 16 yaşlı Ahmet Çakmak və 23 yaşlı Duran T. olub. Daha iki nəfər isə yaralanıb.

Silah səsləri eşidən qonşular dərhal polisə məlumat veriblər. Polis hər yerdə Yusif T.ni axtaran bir zamanda hadisə yerindən 6 km aralıdakı bir evdə daha 5 nəfərin cəsədi tapılması barədə məlumat daxil olub. Yataqlarında öldürülən şəxslərlə gənc ailə başçısının qətlə yetirdiyi şəxslər arasında əlaqə olub.

Polisin ilkin versiyasına görə, cinayət törətdiyi məhəllədən qaçan Yusif yaxınlıqdakı məhəllədə əmisinə məxsus evdə daha 5 nəfəri öldürüb. Onun qətlə yetirdikləri isə özünün əmisi, onun həyat yoldaşı və övladlarıdır.

Ər şiddətinin qurbanı olan gənc qadının bu hadisədən az öncə ərindən polisə şikayət etdiyi, qorunması üçün tələb irəli sürdüyü bəlli olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti