`Rusiya aramızı vurur` - Prezident ABŞ-dan səsləndi

`Rusiya aramızı vurur` - Prezident ABŞ-dan səsləndi
  31 Mart 2016    Oxunub:4191
Vaşinqtonda səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili ABŞ-ın sabiq müdafiə naziri Donald Ramsfeldlə görüşüb.
AzVision.az `Qruziya Online`-a istinadən xəbər verir ki, görüşdən öncə gürcü lider Qafqaz və Mərkəzi Asiyadan olan gənc liderlər qarşısında çıxış edib.

“Bizim ölkəmiz Rusiya ilə sərhəddir. Rusiya qonşu ölkələrin siyasi proseslərinə müdaxilə etmək istəyir və hətta bizi “arxa bağça” kimi görür. Bu ölkə Gürcüstanın inkişafının qarşısını almaq istəyir, bu isə bizim Xəzər dənizi regionunda dostlarımızın yaratdığı imkanların itməsi anlamına gəlir.

Gürcüstan siyasi və mədəni cəhətdən özünü həm Avropa, həm də NATO-nun bir hissəsi hesab edir. Bir neçə ay sonra Gürcüstanda parlament seçkiləri keçiriləcək və biz bu seçkilərin azad, şəffaf keçməsi, həmçinin daha yaxşı gələcəyin yaradılmasına təkan verməsi üçün aktiv şəkildə işləyirik”-deyə Marqvelaşvili gənclərlə görüşündə vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti