Rusiyada azərbaycanlılara qarşı əməliyyat keçirilir

Rusiyada azərbaycanlılara qarşı əməliyyat keçirilir
  31 Mart 2016    Oxunub:2729
Rusiyanın Yekaterinburq şəhərində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şəhərin ən böyük meyvə-tərəvəz bazasında əməliyyat keçirir.
AzVision.az “ura.ru” saytına istinadən xəbər verir ki, əməliyyat dünən gecə Yekaterinburqdakı kafelərin birində baş vermiş hadisəylə bağlıdır.

Azərbaycanlıların rəhbərlik etdiyi və çalışdığı “4 nömrəli baza” kimi tanınan bazar bütün şəhəri meyvə-tərəvəzlə təmin edir.

Qeyd edək ki, Zaur Həsənov, Əhliman Əliyev və Bəhrəm adlı şəxslər həmin meyvə-tərəvəz bazasına nəzarət edirdilər.

Bu şəxslər ötən gün Yekaterinburq şəhərində azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını, Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istədiyi məclisdə iştirak ediblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti