Rusiyalı pilotu öldürən Alparslan Çelik həbs edildi

Rusiyalı pilotu öldürən Alparslan Çelik həbs edildi
  31 Mart 2016    Oxunub:3575
Rusiyanın "Su-24" təyyarəsinin vurulmasından sonra katapult edən ikinci rusiyalı pilotu öldürdüyünü iddia edən Alparslan Çelik Türkiyənin İzmir vilayətində həbs edilib.
AzVision.az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, A.Çelikdən başqa 14 nəfər də saxlanılıb. Aalarında A. Çelikin də olduğu 14 nəfər martın 30-da axşam saatlarında İzmir şəhərində restoranda yemək yeyərkən tutulub.

Saxlanılanlardan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 tapança və çoxlu sayda patron aşkarlanaraq götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti