`Ermənistan təcavüzkar kimi tanınmalıdır` - Aureliya Qriqoriu

`Ermənistan təcavüzkar kimi tanınmalıdır` - Aureliya Qriqoriu
  31 Mart 2016    Oxunub:2155
“Ermənistan təcavüzkar kimi tanınmalıdır. Bu gün Ermənistan müxtəlif beynəlxalq təşkilatların üzvüdür və oradakı rejimin cinayətlərinə göz yumulmamalıdır”.

Bunu bu gün Elmin İnkişafı Fondunun Ermənistanın Azərbaycana təcavüzü və ərazi iddiaları ilə bağlı nəşrlərinin təqdimatında Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu söyləyib.

A.Qriqoriu deyib ki, soyqırımı tək Azərbaycan çərçivəsində deyil, dünya miqyasında olan problemdir: “İlk növbədə ikili standartlardan imtina etmək lazımdır. Dünya ölkələri üçün ümumi beynəlxalq hüquq tətbiq edilməli, dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. BMT-nin böyük islahatlara ehtiyacı var. BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır ki, soyqırımlarının qarşısı alınsın”.

A. Qriqoriu onu da bildirib ki, tolerantlıq və multikulturalizm soyqırımlarının alternatividir.

AzVision.az


Teqlər:  





Xəbər lenti