Türkiyədə növbəti terror - 7 ölü, 27 yaralı (VİDEO+Yenilənib)

Türkiyədə növbəti terror - 7 ölü, 27 yaralı (VİDEO+Yenilənib)
  01 Aprel 2016    Oxunub:6806
Türkiyənin Diyarbəkir vilayətində partlayış olub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, partlayış şəhərlərarası avtobus terminalının yaxınlığında törədilib.

Polisləri daşıyan mikroavtobusun hərəkəti zamanı içərisinə partlayıcı maddə qoyulmuş avtomobilin partladıldığı, nəticədə avtobusun içərisindəki polislərin və ətrafdakı vətəndaşların yaralandığı qeyd olunub.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobilləri və təhlükəsizlik qüvvələri cəlb olunub.

***

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Partlayışın başvermə səbəbləri araşdırılır.

***

"Habertürk" telekanalı xəbər verir ki, hadisə nəticəsində 7 polis ölüb, 27 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Şahidlər hadisənin avtomobildə olan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini bildirirlər.

"CNN Turk" telekanalının məlumatına əsasən, partlayışdan sonra Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.




Teqlər:  





Xəbər lenti