Məşhur memar Zaha Hadid dünyasını dəyişdi

Məşhur memar Zaha Hadid dünyasını dəyişdi
  01 Aprel 2016    Oxunub:3688
Dünya şöhrətli ərəb əsilli memar Zaha Məhəmməd Hadid dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

65 yaşlı memar bronxitdən müalicə aldığı Mayami hospitalında ürək tutmasından vəfat edib.

Qeyd edək ki, 1950-ci ildə Bağdadda dünyaya gələn memar Bakıdakı Heydər Əliyev Mərkəzinin layihə müəllifidir. O, Londonda Arxitektura Assosiasiya Məktəbində təhsil alıb.

Xanım memar dünyaca məşhur bir sıra komplekslərin, o cümlədən 2012-ci ildə London Olimpiya Oyunlarının keçirildiyi binalardan biri olan London Su İdman Növləri Mərkəzinin memarı olub.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin binasının inşasına 2007-ci ildə başlanılıb. 2012-ci il mayın 10-da istifadəyə verilən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incilərindən sayılır.

Binanın layihəsinin müəllifi olan Zaha Hadid dünyanın bir sıra tikinti komplekslərinin arxitektura müəllifi kimi tanınır.

AzVision.az


Teqlər:  





Xəbər lenti