Pan Gi Munun İrəvan və Bakı səfəri

Pan Gi Munun İrəvan və Bakı səfəri
  01 Aprel 2016    Oxunub:1754
BMT-nin baş katibi Pan Gi Mun aprel ayının sonunda Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.

“Mən dəqiq tarix deyə bilmərəm, lakin səfərlər BMT-nin iqlim dəyişikliyi üzrə Paris razılaşmasının imzalanmasından (22 aprel) sonra baş tutacaq”, - deyə mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pan Gi Munun aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunda iştirak edəcəyini bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti