AST Telmanın cəmi 30 dolları qalıb

AST Telmanın cəmi 30 dolları qalıb
  01 Aprel 2016    Oxunub:34353
Rusiyada martın son həftəsi fiziki şəxslərin müflis elan edilməsi üzrə birinci məhkəmənin qəbul etdiyi qərar qüvvəyə minib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, fiziki şəxslər arasında ilk müflis olan şəxs Azərbaycanlı biznesmen Telman İsmayılov olub.

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi multimilyoner və “Çerkizovsk” bazarının sabiq rəhbərinin bankrot elan edilməsi barədə qərar qəbul edib.

2015-ci ildə “Forbes” jurnalı Telman İsmayılovun sərvətinin təxminən 600 milyon dollar olduğunu bildirirdi. 2015-ci ilin 21 dekabrında verilən məhkəmə qərarına əsasən isə Telman İsmayılovun təxminən 14 milyon rubl dəyərində olan torpaq sahəsi, 25 min nağd pul və bank hesablarında isə 100 rubl və 30 dolları var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti