Ərdoğanın mühafizəçisi partlayışda öldü

Ərdoğanın mühafizəçisi partlayışda öldü
  01 Aprel 2016    Oxunub:2681
Türkiyənin Diyarbəkir şəhərində PKK terror təşkilatı tərəfindən törədilən terrorda ölən və yaralananların sayı artıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, terror aktında 13-ü polis əməkdaşı olmaqla 27 yaralı qeydə alınıb. Ölən polislərin sayı isə 4-dən 7-yə yüksəlib.

Bundan başqa terror aktında şəhid olan 7 polisdən biri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın keçmiş mühafizəçisi olub. 48 yaşlı Necdet Alıcı Ərdoğan baş nazir olarkən onun yanında işləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti