Lavrov Bakıya neft danışıqlarına gəlir?

Lavrov Bakıya neft danışıqlarına gəlir?
  01 Aprel 2016    Oxunub:2556
Rəsmi Moskva Rusiya XİN rəhbəri Sergey Lavrovun iran və azərbaycanlı həmkarları Məhəmməd Cavad Zərif və Elmar Məmmədyarovla görüşü zamanı neft sahəsində koordinasiya məsələsinin müzakirə olunmasını istisna etmir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in müavini Georgi Karasin bildirib.

“Üç xarici işlər naziri görüşdüyü zaman qadağan olunan məsələ olmur. Onlar iştirakçılara maraqlı olan istənilən şeyi müzakirə edə bilərlər”, - deyə Karasin İran, Rusiya və Azərbaycan XİN rəhbərləri neft sahəsində koordinasiya məsələlərini müzakirə edə bilərlərmi sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif aprelin 7-də Bakıda görüşəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti