Moskva `sxodkası`nın sirri - Yalnız bir söz: `Mujik`(Video)

Moskva `sxodkası`nın sirri - Yalnız bir söz: `Mujik`(Video)
  01 Aprel 2016    Oxunub:32834
Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlının saxlanılması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
AzVision.az yerli KİV-ə istinadən xəbər verir ki, avtoritetlərə qarşı aparılan əməliyyat şəhərədə ilk belə hadisə deyil. 2013-cü ildə Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində kafelərin birində kriminal aləmdə məşhur olan “qanuni oğru”ların yığıncağına polis basqın edib. Nəticədə atışma olub, bir neçə nəfər yaralanıb. Məlum olub ki, əməliyyat nəticəsində 1957-ci il təvəllüdlü gürcü Teymur Mirzoev saxlanılıb. O, kriminal aləmdə “Timur Tbiliski” ləqəbi ilə məşhurdur və “Ded Xasan”ın qardaşı oğludur.



Onunla birlikdə kriminal aləmdə tanınmış simalardan olan “Solomo” ləqəbli Vladimir Solomonnikov, “Leva” ləqəbli Levan Akoev, Nəsimi Qazməmmədov, Yuliy Şavilov və digər oğrular saxlanılıb. Onların arasında İlham Osmanov adlı azərbaycanlı da olub. Kriminal aləmdə “Osman” ləqəbi ilə tanınan İlham Osmanov Çelaybinsk şəhərində qeydiyyatda olub.

Lakin 2014-cü ilin yanvar ayından “Timur Tbiliski” öldüyü üçün şəhərdə vəziyyətə nəzarət edən olmayıb. Çünki ondan əvvəl “Ded Xasan” öldürülmüşdü və onun aradan götürülməsi zaman məsələsi idi. Bu “yer” isə çox boş qala bilməzdi.



Odur ki, Kosmonavtlar küçəsində keçirilən adgünü mərasimində şəhərin yeni “sahibi” təyin ediləcəkmiş. İlqar Əliyev və yə `Kortik` adlanan şəxsin mükafatlandırıması gözlənilsə də azərbaycanlı “qanuni oğru” Rövşən sonradan fikirini dəyişib.

Ağayar və qardaşı Xudayar regionda nüfuz sahibidirlər və onun bu “post”a təyinatında əslən lənkəranlı olması da az rol oynamayıb

Şəhərdə vəziyyətə nəzarət edəni yubilyarı - Ağayarı təyin edilib. Ad günü mərasimində onun taclandırılma mərasimi baş tutmalıydı. Təyinat “Rövşən Lənkəranski” tərəfindən həyata keçirilib. Lənkəranski Ağayar üçün şəhərə öz adamını da göndəribmiş.



Bu səbəbdən mərasimə regionun kriminal avtoritetləri yığışıb gəlib. Onlarında arasında Perveuralskdan gəlmiş Əli adlı “qanuni oğru” , Vaqif (Kamışlovo), “Yuqra Caavanşir” və digər avtoritetlər də olub.

İlqar Əliyev polislər tərəfindən sorğu-sual edilərkən yalnız bir söz deyib: “Мужик”. Bu sözün isə kriminal aləmdə öz mənası var: “Heç bir qanunlara əməl etməyən şəxs”.



Hadisələrin gedişatından məlum olub ki, “Rövşən Lənkəranski” ona qarşı proqon edən “Ded Xasan”nın ölümündən sonra şəhərə nəzarəti ələ keçirib. Budan öncə şəhərə “Ded Xasan”ın qardaşı nəzarət edib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti