Ermənistanda ictimai fəal qətlə yetirildi - VİDEO (YENİLƏNİB)

Ermənistanda ictimai fəal qətlə yetirildi - VİDEO (YENİLƏNİB)
  01 Aprel 2016    Oxunub:2334
Ermənistanda ictimai fəal və ekspert Karen Vardanyanın meyiti paytaxt İrəvanda qarajda aşkar edilib.
AzVision.az `News.am`-a istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Bildirilib ki, "İnformasiyalı Vətəndaşlar Birliyi" ctimai təşkilatının eksperti, 1982-ci ildə anadan olmuş Karen Vardanyan martın 17-də itkin düşüb. O, Birləşmiş Ərəb Əmirliyinə bir həftəliyə məzuniyyətə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Ötən gecə Ermənistan polisi onun meyitini Yerevanda qarajlardan birində aşkarlayıb.

Məlumata görə, Gevorq Zoqrabyan (1993-cü ildə anadan olub) və Artur Miqranyan (1973) Karen Vardanyan şübhəli şəxs qismində saxlanılıb. İstintaq aparılır.

Qətlin baş vermə səbəbi haqda məlumat verilmir. Polis faktla bağlı araşdırmalara başlayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti