Ermənistanda böhran dərinləşəcək, yoxsullar artacaq

Ermənistanda böhran dərinləşəcək, yoxsullar artacaq
  01 Aprel 2016    Oxunub:1994
“Ötən il Ermənistan Mərkəzi Bankının xarici borcu 476 milyon ABŞ dolları təşkil edib”.
AzVision.az xəbər verir ki, borcun çox hissəsi (57,4 faiz) Beynəlxalq Valyuta Fondundan alınıb. Daha sonra 18,0 faizlə Almaniyanın “KFW” təşkilatı, 13,1 faizlə Avropa İnvestisiya Bankı və 10,1 faizi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının payına düşür.

“Həmçinin Ermənistanın daxili borcu 761 milyon ABŞ dollar təşkil edib ki, bu da daxili borcun həcmində əhəmiyyətli artım müşahidə deməkdir. Çünki, son 10 ildə Ermənistanın daxili borcun ÜDM-ə faiz nisbəti 3 dəfə artaraq 7,2 faizə çatıb”.

Qeyd olunub ki, Ermənistan hökumətinin borclanması davam edəcək:

“Belə ki, əhalinin sürətli qocalması nəticəsində səhiyyə xərclərinin artmasına tələb artacaq və yaşlı insanların daha çox qayğıya ehtiyacı olacaq. Eyn zamanda cavan nəslin nümayəndlərinin digər ölkələrə köçməsi də mövcud böhranı dərinləşdirəcək. Əmək qabiliyyətli əhalinin sayının azalması da öz növbəsində sosial problemlərin əsas maliyyə qaynağının quruması demədkir.

BMT-nin qiymətləndirmələrinə görə, Ermənistanda 2050-ci ilə hər üç nəfərdən birinin yaşı 60-dan yuxarı, 6,6 faiz əahlinin yaşı isə 80 yaşdan yuxarı olacaqdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti