Ərdoğanın barışıq təklifinə Rusiyadan cavab

Ərdoğanın barışıq təklifinə Rusiyadan cavab
  01 Aprel 2016    Oxunub:5798
Türkiyə prezidentinin əməkdaşlığın vacibliyi barədə bəyanatını Kremldə əlaqələri yaxşılaşdırmağa cəhd kimi qiymətləndirilməyib.
AzVision.az `Lenta.ru`ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, rəsmi Ankara hələ də Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması və rusiyalı pilotun ölümünə görə üzr istəməyib: “Yalnız bir şey deyə bilərəm ki, Rusiya tərəfi bunu Ankaradan gözləyirdi. Bu istiqamətdə hələ heç bir işarə vurulmayıb. Yalnız deyə bilərik ki, bu, təəssüf doğurur”.

Kremlin rəsmisi onu da bildirib ki, Türkiyədə rusiyalı pilotun öldürülməsində təqsirli bilinən şəxsin saxlanılmasından sonra ona qarşı hansı cinayət işinin başlanılacağı hələlik məlum deyil.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti