Daha bir erməni əsgəri öldürüldü

Daha bir erməni əsgəri öldürüldü
  02 Aprel 2016    Oxunub:2601
Ermənistan ordusu qoşunların təmas xəttində növbəti dəfə itki verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 1-də Azərbaycan-Ermənistan sərhədində düşmən ordusunun daha bir hərbi qulluqçusu öldürülüb.

Məlumata görə, aprelin 1-də saat 9:00 radələrində hərbi qulluqçu Qevork Armenoviç Asoyan döyüş mövqeyində başından ölümcül güllə yarası alıb.

Hadisə Tavuş vilayətinin İcəvan şəhəri yaxınlığında baş verib.

Qeyd edək ki, bu gün saat 12:20 radələrində Azərbaycan ordusunun mövqelərindən açılan snayper atəşi ilə 1996-cı ildə anadan olmuş sıravi Vladimir Melkonyan vurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti