Rusiya cəbhədəki gərginliyə reaksiya verdi

Rusiya cəbhədəki gərginliyə reaksiya verdi
  02 Aprel 2016    Oxunub:4068
Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutmasına münasibət bildirib.

AzVision.az-ın ` TASS`-a istinadən verdiyi xəbərə görə, Rusiyanın XİN rəsmisi Mariya Zaxarova bildirib ki, daxil olan məlumatlar araşdırılır.

“Biz daxil olan məlumatı diqqətlə öyrənirik”- deyə M.Zaxarova bildirib.

O, qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunda təmsil olunan digər tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb:

`Biz vəziyyəti izləyirik və münaqişə tərəflərini təmkinli olmağa və zorakılıqdan dərhal imtina etməyə çağırırıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti