Rza Zərrab pula görə azadlığa çıxmadı

Rza Zərrab pula görə azadlığa çıxmadı
  02 Aprel 2016    Oxunub:2512
Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab pul müqabilində şərti azadlığa buraxılmaqdan imtina edib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə R. Zərrabı həbs etdirən Amerikalı hüquq müdafiəçisi Prit Bharara məlumat verib.

Onun sözlərinə görə, R. Zərrabın məhkəmə prossesləri Nyu Yorkda davam edəcək.

Qeyd edək ki, bir müddət öncə R. Zərrabın pul müqabilində şərti olaraq azadlığa qovuşa biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti