Kaspşik cəbhədəki vəziyyətdən xəbərdardır

Kaspşik cəbhədəki vəziyyətdən xəbərdardır
  02 Aprel 2016    Oxunub:2774
`ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı məlumatlandırılıb`.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı yazıb.

“Lakin nə Anjey Kasprşik, nə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri qoşunların təmas xəttinə gəlməyib”, - deyə xəbərdə qeyd olunub.

Xatırladaq ki, artıq Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunda təmsil olunan digər tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb.

Bundan başqa ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı məsələni müzakirə etmək üçün gələn həftə Vyanada iclas keçirəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti