Şoyqu Zakir Həsənova zəng edib

Şoyqu Zakir Həsənova zəng edib
  02 Aprel 2016    Oxunub:4536
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı azərbaycanlı və ermənistanlı həmkarları ilə təcili telefon danışıqları aparıb.
AzVision.az-ın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyi xəbər verir.

Bildirilib ki, S. Şoyqu həmkarları ilə cəbhədə vəziyyətin gərginləşməsini müzakirə edib.

"Bu region daim Rusiya Müdafiə Nazirliyinin diqqət mərkəzindədir və danışıqlar zamanı münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi istiqamətində atılan təxirəsalınmaz addımlar müzakirə olunub", - deyə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti