Lavrovdan Bakıya zəng: `Vəziyyətdən narahatıq`

Lavrovdan Bakıya zəng: `Vəziyyətdən narahatıq`
  02 Aprel 2016    Oxunub:4290
Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycan və Ermənistanın xarici siyasət qurumları ilə mütəmadi əlaqə saxlayır.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın XİN rəsmisi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin ciddi gərginləşməsi barədə məlumatlardan olduqca narahatdır:

“Tərəfləri təmkinli olmağa çağırırıq, hər şeydən əvvəl hərbi toqquşmaların dərhal dayandırılmasını zəruri hesab edirik. Rusiya Azərbaycan və Ermənistan xarici siyasət qurumlarının rəhbərləri ilə daim təmasdadır”.

***

Rusiya KİV-lərinə yaydığı məlumata görə, xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışığı aparıb.

S. Lavrov Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini Dağlıq Qarabağ münaqişəsi zonasında zorakılığa son qoyulması üçün vəziyyətə təsir etməyə çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti